İstilər 5 mindən çox insanın həyatına son qoydu

  • 2026.07.23 16:37
  • 95 Baxış
İstilər 5 mindən çox insanın həyatına son qoydu

Fransada iyun–iyul aylarında müşahidə olunan güclü istilər nəticəsində 5 764 əlavə ölüm qeydə alınıb. Bu, normal göstəricidən 36,2% çoxdur və 2003-cü ildən bəri ölkədə qeydə alınan ən ağır istilik dalğalarından biri hesab olunur.

Medicina.az xəbər verir ki, ən çox ölüm halları Parisi də əhatə edən İl-de-Frans bölgəsində qeydə alınıb.

Mütəxəssislər əsas səbəblər kimi yüksək gecə temperaturu, xroniki xəstəliklər və uzunmüddətli isti havanı göstərirlər.

Xanım,
Medicina.az