İsveçdə ilk dəfə meymun çiçəyinə yoluxma aşkarlandı

  • 2022.05.20 15:15
  • 2028 Baxış
İsveçdə ilk dəfə meymun çiçəyinə yoluxma aşkarlandı


İsveçdə ilk dəfə meymun çiçəyinə yoluxan xəstə aşkarlanıb.

Bakupost.az xəbər verir ki, ölkənin baş infeksionisti Klara Sonden xəstənin vəziyyətinin yüngül olduğunu bildirib.


“Ciddi deyil, amma tibbi yardım olundu. Onun harda necə yoluxması dəqiq məlum deyil. Hazırda araşdırılma aparılır. Ünsiyyətdə olduğu yaxın adamlar da test ediləcək. Digər yoluxanlar aşkar edilməyib”.

Ölkənin səhiyyə rəsmiləri hələ ki, cəmiyyət üçün təhlükə olmadığını bildirir.

Xatırladaq ki, ötən aydan Avropada meymun çiçəyinə yoluxmuş 5 nəfər aşkarlanıb.

Bu infeksiya yüksək kontagioz hesab olunur, insandan insana sıx ünsiyyət zamanı keçir.