Bakıda aptekdən alınan uşaq yeməyi xarab çıxıb.
Medicina.az xəbər verir ki, bu barədə şikayətçi sosial şəbəkədə bildirib.
O, qeyd edib ki, C.Mirzəliyev 7-ci mikrorayonda yerləşən "Kanon" aptekdən "Kendamil" adlı uşaq yeməyini alıb:
"Məhsulun istehsal tarixi keçməyib, amma hazırlayanda içində düyünlər əmələ gəlir. Bu da uşaq üçün olduqca təhlükəlidir. Aptekə apardım, yoxladılar. Haqlı olduğumu bildirdilər. Müdiriyyətə məlumat verdilər. Dedilər ki, pulunuzu geri qaytaracağıq. Üstündən 3 gün keçdi. Zəng etdilər ki, geri qaytarma edə bilmərik".
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Məsələ AQTA tərəfindən nəzarətə götürülüb, araşdırılır.