Ad günümün səhəri öyrəndim ki, xərçəng xəstəsiyəm - Müğənni göz yaşı tökdü - VİDEO

  • 2026.02.04 16:30
  • 57 Baxış
Ad günümün səhəri öyrəndim ki, xərçəng xəstəsiyəm -  Müğənni göz yaşı tökdü - VİDEO

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini, müğənni Canana xərçəng xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

Bakupost.az xəbər verir ki, o, bu barədə “Günə Uğurla” proqramında danışarkən göz yaşlarını saxlaya bilməyib.

Canana bildirib ki, ailəsində ağır itkilər yaşayıb və bu hallar səhhətinə ciddi təsir göstərib:

“Anam 54 yaşında xərçəng xəstəliyindən vəfat edib. Altı ay əvvəl bu xəstəlik məndə də aşkarlanmışdı. Müalicələr aparıldı, cavablar yaxşı idi. Amma anamı itirdim, onun ili tamam olmamış qardaşımı da itirdim. Bütün bunların stresini yaşayırdım.Həkimlər də demişdi ki, həyəcan xəstəliyi oyada bilər.

Yenidən şişlər yaranıb. Ad günümün səhəri bunu öyrəndim. Övladlarımın bilməsini istəmirdim...”.