Gəncədə kuryer motosikletlə həkimi vurdu

  • 2026.02.04 16:50
  • 68 Baxış
Gəncədə kuryer motosikletlə həkimi vurdu

Gəncədə motosikletin vurduğu qadın həkimdir.

"Unilal"ın məlumatına görə, motsiklet vurduğu qadın Gəncə şəhər sakini 1962-ci il təvəllüdlü T.Məmmədovadır. Qadının və motosiklet sürücüsünün vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, qəzaya düşən kuryerdir.

Xatırldaq ki, ağır xəsarət alan piyada Gəncədə şəhərində yerləşən xəstəxanaların birində həkim işləyir.

Faktla bağlı araşdırma aparılır

***

Gəncədə motosiklet piyadanı vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Hərəktədə olan motosiklet yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qəza zamanı motosiklet sürücüsü 1990-cı il təvəllüdlü C.Abdullayev və piyada qadın xəsarət alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı bağlı aparılır.