26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - FOTO

  • 2026.02.05 13:49
  • 102 Baxış
26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü -  FOTO

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Medicina.az Modern.az-a istinadən xəbər verir ki, 26 yaşlı İlham Qüdrət oğlu Baxşıyev Ukraynanın Zaporojye vilayəti istiqmətində gedən döyüşlərdə həlak olub.

Onun Rusiya ordusunun tərkibində xidmət etdiyi və Xakasiya Respublikasından hərbi xidmətə çağırıldığı bildirilir.

Xatırladaq ki, 2026-cı ildə azı 20 soydaşımız Rusiya-Ukrayna müharibəsində həlak olub.