"Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı - FOTO

  • 2026.02.05 11:17
  • 401 Baxış
"Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı -  FOTO

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.

Agentlikdən Medicina.az -a verilən məlumata görə, baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.


"Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı -  FOTO
"Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı -  FOTO
"Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı -  FOTO