İnsanların 200 ilə qədər yaşamaq şansı var – Bioloq

  • 2026.02.04 19:59
  • 70 Baxış
İnsanların 200 ilə qədər yaşamaq şansı var  – Bioloq

Honkonq Şəhər Universitetinin təkamül bioloqu və professoru Petr Lidski insan ömrünü 200 ilə qədər uzatmağın mümkün olduğuna inanır.


Medicina.az xəbər verir ki, onun sözlərinə görə, əgər klassik nəzəriyyələrə əməl etsək, insanların fizioloji cavanlaşmasının mümkün olmadığını düşünməliyik.


“Amma arılar, meduza bunu edə bilirsə, onda onlar ümid verirlər. İnsanları tamamilə cavanlaşdırmağın mümkün olub-olmadığı hələ tam aydın deyil. Amma əminəm ki, ömür uzunluğu əhəmiyyətli dərəcədə uzadıla bilər", - deyə alim qeyd edib.


Onun sözlərinə görə, bədənimizin strukturları bu qədər uzunömürlülük üçün nəzərdə tutulmayıb, ona görə də əvvəllər görmədiyimiz problemlərlə qarşılaşa bilərik.


"Mövcud məlumatlara görə, xərçəng daha sonra ortaya çıxa bilər, çünki onun ehtimalı yalnız yaşlanma ilə deyil, zamanla artır. Amma inanıram ki, bütün bu tibbi problemlər gələcəkdə həll edilə bilər", - deyə alim yekunlaşdırıb.


Aygün Musayeva