Kardiologiya İnstitutunda Heydər Əliyevə həsr olunan elmi-praktik konfrans keçirildi - FOTO

  • 2023.05.08 21:40
  • 1279 Baxış
Kardiologiya İnstitutunda Heydər Əliyevə həsr olunan elmi-praktik konfrans keçirildi - FOTO

Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın təşəbbüsü ilə ilk dəfə Respublikamızda “Heydər Əliyev İli" çərçivəsində “Kardioonkologiya: problemə müasir baxışlar” mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilib.

İnstitutdan Medicina.az -a veriən məlumata görə, konfrans zamanı Heydər Əliyevə həsr olunan möhtəşəm qısametrajlı film göstərilib.


ETKİ-nin direktoru Gülnaz Dadaşova bildirib ki, Ulu Öndərin həyat və fəaliyyətinin gələcək nəsillərə çatdırılması baxımından Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyev tərəfinən qətiyyətlə həyata keçirilir.
Tədbir haqqında məlumat verən G.Dadaşova diqqətə çatdırıb ki, konfransda bir neçə əlaqəli ixtisasların - kardiologiya, onkologiya və ürək-damar cərrahiyyəsinin kəsişməsində çalışan tanınmış ekspertlər iştirak edirlər və üç günlük beynəlxalq konfrasda tibbdə yeni istiqamət - kardioonkologiyanın aktual elmi və praktiki aspektlərinə dair məruzələr dinlənilib.
Kardiologiya İnstitutunda Heydər Əliyevə həsr olunan elmi-praktik konfrans keçirildi - FOTO