Kişilər nəyi qadınlardan çox istəyir?

  • 2023.02.21 16:37
  • 1969 Baxış
Kişilər nəyi qadınlardan çox istəyir?

Almaniyalı alimlər kişilərin qadınlardan daha güclü cinsi həvəsə malik olmasının səbəbini araşdırıblar.


"Medicina" xəbər verir ki, onlar son zamanlar aparılmış 211 elmi məqaləni təhlil ediblər. Təhlillər göstərib ki, kişilərdə daha tez-tez cinsi istək y yaranır və seks haqqında fantaziyalar qururlar.

600 min kişi və qadın mütəxəssislərə cinsi istəklərinin səviyyəsi, cinsi əlaqə tezliyi, cinsi fantaziyalar və s. barədə məlumat veriblər.

Alimlər cinsi əlaqənin tezliyini təyin edərkən isə kişilər və qadınlar arasında elə də fərqin olmadığını müəyyən ediblər.

O da aydın olub ki, kişilər uğurlarını şişirdə bilər, qadınlar isə əksinə, bunu elə də böyütmürlər

Aygün M