Komada olan Səyyad Əlizadənin bacısı Prezidentdən kömək istədi - VİDEO

  • 2021.09.16 17:20
  • 1721 Baxış
Komada olan Səyyad Əlizadənin bacısı Prezidentdən  kömək istədi - VİDEO
Koronavirusa yoluxan tanınmış müğənni Səyyad Əlizadənin bacısı Səidə Əliyeva Prezident və 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək istəyib.

Medicina.az xəbər verir ki, o müğənninin müalicəsinin xüsusi nəzarətə götürülməsi üçün dövlət başçısı və birinci xanımdan yardım istəyib.

"Bütün Azərbaycanın ümid yeri olan sevimli prezidentimiz və hər kəsə kömək edən Mehriban xanım Əliyevadan kömək istəyirəm. Bəhram Bağırzadəni xalqa qaytaran həkimlər Səyyadı da qaytarsınlar. Ümid yerim sizsiniz, qardaşıma kömək edin".

Qeyd edək ki, koronavirusa yoluxan müğənninin vəziyyəti ağırlaşıb, o komadadır.