Korona virusu Yaponiyaya da yayıldı

  • 2020.01.16 09:35
  • 2965 Baxış
Korona virusu Yaponiyaya da yayıldı
Yaponiyada koronavirusun yeni növündən ilk yoluxma halı qeydə alınıb.

Medicina.az Trend-ə istinadən xəbər verir ki, xəstələnən şəxs çinlidir. O, Kanaqava prefekturasında yaşayır və artıq xəstəxanadan evə buraxılıb.

Bildirilir ki, xəstələnən şəxs yaxın zamanda Çinin Uxan şəhərində olub.

Qeyd edək ki, Çinin Uxan şəhərində koronavirusun yeni növündən ilk ölüm faktı qeydə alınıb. Şəhərdə daha 40 nəfərin xəstə olduğu, 100-dən artıq insanın isə nəzarət altında saxlanıldığı qeyd edilir:

"Koronavirusun yeni növünə 41 yoluxma faktı qeydə alınıb. Onlardan ikisi artıq evə buraxılıb, 7-si ağır vəziyyətdədir, 1 nəfər ölüb, digər xəstələrin vəziyyəti isə stabildir".