Koronadan ölənlərin sayı 6 faiz artıb - ÜST

  • 2021.11.24 09:34
  • 1220 Baxış
Koronadan ölənlərin sayı 6 faiz artıb -  ÜST
Son bir həftə ərzində dünyada 3,5 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 51 mindən çox insan isə koronavirusdan ölüb.


Medicina.az -ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma və ölüm hallarının 6 faiz artıb:

"Noyabrın 15-dən noyabrın 21-dək koronavirusa 3 597 398 nəfər yoluxub, 51 373 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə müqayisədə 6 faiz çoxdur".