Koronavirus gözləri zəiflədir, pandemiyada əməliyyat təhlükəlidir - Oftalmoloq cərrah

  • 2021.10.11 16:24
  • 1097 Baxış
Koronavirus gözləri zəiflədir, pandemiyada əməliyyat təhlükəlidir -  Oftalmoloq cərrah
İstənilən infeksion xəstəlik gözlərində problem olanlar və göz əməliyyatı keçirən insanlar üçün ağırlaşdırıcı riskdir.
İndi bu riski koronavirus gətirib.

Medicina.az xəbər verir ki, rusiyalı cərrah oftalmoloq Marianna Komarova ötənilki karantin tədbirlərinə görə bir çox göz əməliyyatlarının təxirə salındığını və yaşlıların göz müalicəsindən kənarda qaldığını bildirib.

Pandemiya şəraitində gözdə əməliyyat yaşlı, xəstə insanlar üçün əlavə riskdir. Xüsusən katarakta, qlaukoma əməliyyatları.

“Əməliyyatdan sonrakı dövrdə xəstənin infeksiya qapması çox təhlükəlidir. Bu zaman bütün əməliyyat hədər ola, xəstə kor ola bilər. Göz cərrahları həmişə bu təhlükəni minimallaşdırmağa çalışır.

Ona görə də kovid keçirmiş xəstələrin sağaldıqdan 2-3 ay, eləcə də kovid peyvəndi vurulandan 2-3 ay sonra göz əməliyyatları olunmasını tövsiyə edirik. Göz əməliyyatı planlayan xəstə koronavirusdan sığortalanmaq üçün birinci hər iki doza peyvəndini vurdurub, sonra əməliyyat olunmalıdır”