"Koronavirus qaraciyər və beyinə zərbə vurur"- İtaliyada çalışan həkimdən real faktlar

  • 2020.04.18 18:35
  • 2381 Baxış
"Koronavirus qaraciyər və beyinə zərbə vurur" - İtaliyada çalışan həkimdən real faktlar

İrina Şvıçkova 20 ildən çoxdur İtaliyanın Porretta-Terme şəhərində (Boloniya əyaləti) yaşayır və işləyir. O, Sankt-Peterburqdakı Uşaq Tibb Akademiyasını bitirib, 1997-ci ildə italiyalı ilə evlənib və ora köçüb. Son aylarda koronavirus xəstələrini xüsusi təyin olunmuş tibb müəssisələrinə çatdırmağa kömək edib.



Medicina.az xəbər verir ki/, həkim Media.Az-a verdiyi müsahibədə koronavirusa necə yoluxduğu, niyə testlərin həmişə xəstəliyi müəyyən edə bilmədiyi və bir çox başqa məsələlər barədə danışıb. Onun müsahibəsindən bəzi məqamları təqdim edirik:

"Bizim xəstəxanaya süni tənəffüs cihazına qoşulması, xüsusi rejimli tibb müəssisələrinə göndərilməsi lazım gələn COVID-19 simptomları olan ağır xəstələr də çatdırılır. Düşünürəm ki, mən məhz onlardan yoluxmuşam.

Ötən həftə özümü pis hiss etdim, başağrısı, əzələ zəifliyi, diareya meydana gəldi. Əvvəlcə hər şeyi stresslə əlaqələndirdim. Daha sonra xəstəxananın bütün həkimləri, o cümlədən məndən qan analizi götürdülər. Məndə yeni xəstəliyin anticismləri tapıldı və evə, təcridə göndərdilər. Daha sonra iki dəfə yaxma götürüldü, ancaq nəticələr mənfi oldu.

Məsələ burasındadır ki, hələ COVID-19-u müəyyən edən dəqiq diaqnostika yoxdur. Kompüter tomoqrafiyasında “buzlu şüşə” simptomu aşkar edildi, yaxşı ki, bu, bütün ağciyərlərə təsir etməyib. Bu, ağciyər toxumasında alveol səviyyəsində müxtəlif patoloji dəyişiklikləri əks etdirən xüsusi radioloji simptomdur. Buna görə də, ən dəqiq diaqnostikanın kompüter tomoqrafiyası zamanı əldə olunduğu qənaətindəyəm.

Öskürəyim yeni başlayıb, temperatur 37 dərəcə və bir az daha yüksək səviyyədədir. Ancaq ən əsası xüsusi “buzlu şüşə” simptomu mövcuddur. Koronavirus xəstələrində ən çox müşahidə olunan simptomlara gəldikdə isə, bunlar yüksək temperatur, quru öskürək və nəfəs darlığıdır"


Ümid edirəm ki, yayın gəlişi ilə. İsti hava virusu ətrafa yayılmağa başlamazdan əvvəl qurudacaq. Xoşbəxtlikdən, virusun çəkisi ağırdır və prinsip etibarilə predmetlərin üzərinə çökərək uzun məsafələrə yayılmır. Ancaq sentyabrda yoluxmanın yenidən artması mümkündür. Amma ikinci dalğanın o qədər də təhlükəli olmayacağına ümid edirəm.