Koronavirus qurbanlarının sayı 960 mini keçdi

  • 2020.09.20 10:58
  • 2529 Baxış
Koronavirus qurbanlarının sayı 960 mini keçdi
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.

Medicina.az xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 30 991 301, pandemiya qurbanlarının sayı 961 461 nəfərə çatıb.
İndiyədək 22 587 826 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 62 minə yaxın pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan ölkədə qeydə alınıb.