Koronavirus vaksininin qiyməti bilindi - Bir doza 30 dollara

  • 2020.07.29 09:09
  • 2420 Baxış
Koronavirus vaksininin qiyməti bilindi   - Bir doza 30 dollara
Amerikada hazırlanan koronavirus vaksinin qiyməti 50-60 dollar civarında olacaq.

Medicina.az-ın "Financial Times"a istinadla verdiyi məlumata görə, ABŞ-da vaksin üzərində işin son mərhələsinə keçid edən biotexnologiya şirkəti olan "Moderna" hazırladığı peyvəndin ehtimal edilən qiymətini açıqlayıb. Bir kurs peyvəndin qiyməti 50-60 dollar arasında dəyişəcək. Bu isə bir dozaya görə 25-30 dollar deməkdir.

Nəşrin məlumatına görə, bu qiymət ABŞ və yüksək gəlirli ölkələr üçün nəzərdə tutulub.

Vaksin üzzərində çalışan başqa şirkətlər isə koronavirusun dərmanına daha məqbul qiymət verməyi düşünürlər. Məsələn, 100 milyon doza vaksin barədə ABŞ hökuməti ilə razılaşan "Pfizer" və Almaniyanın "BioNTtech"i öz məhsullarını 19,5 dollar dəyərində qiymətləndiriblər. Britaniya-İsveç ortaq şirkəti olan "AstraZeneca" isə 3-4 dollar.

Xatırladaq ki, bir neçə gün öncə "Moderna" vaksinin kliniki sınaqlarında 3-cü kliniki mərhələyə keçdiyini açıqlayıb. Sınaqlarda 30 min könüllü iştirak edəcək.