Koronavirus xəstələri niyə çürüntü qoxusu hiss edir? – SƏBƏBİ

  • 2021.06.21 16:10
  • 1396 Baxış
Koronavirus xəstələri niyə çürüntü qoxusu hiss  edir?  – SƏBƏBİ


Koronavirus xəstələri tez-tez burunlarına çürüntü, irin qoxusu gəldiklərini bildirir.

Həkimlər bunun səbəbini açıqlayıb.

Medicina.az xəbər verir ki, LOR həkimlər bunun səbəbini haymor ciblərində irin, bakteriya, haymoritlə əlaqələndirib.
İltihablaşmış burun ciblərindən çürüntü qoxusu gəlir. Koronavirus zamanı bu problem baş verir.

Eləcə də xəstə çoxlu antibiotik qəbul edibsə, bu istənilən orqanlarda mikrofloranı pozur və zərərli bakteriyalar baş qaldırır. Onların toplaşdığı yerdən də həmişə pis qoxu hiss edilir.

“Rinit və haymorit xəstələrində bu problem mütləq olur. Bu simptomlar varsa, mütləq LOR həkimə müraciət edib, rentgen olunmalı və burun cibləri yuyulmalı, açılmalıdır. O zaman o qoxu da çəkilib gedəcək”.