Koronavirusdan sağalan həkim - Müalicəsindən danışdı

  • 2020.11.27 17:42
  • 2057 Baxış
Koronavirusdan sağalan həkim   - Müalicəsindən danışdı

Allahın izni və sizin dualarınızla sağaldım. Ağciyər tutulması ilə evdə sadəcə doğru dərman - ağızdan antiviral tabletka, vitamin C, parasetamol qəbulu və yataq istirahəti ilə müalicə olundum. Arzum odur ki, qripə yoluxmayın, amma yoluxmaqdan da qətiyyən qorxmayın. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün dünyamızda, eləcə də ölkəmizdə COVID-19 müalicəsində ən əsas 3 təhlükəli vəziyyət hökm sürür.

Medicina.az xəbər verir ki, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri Rəşad Mahmudov koronavirus müalicəsində yol verilən səhvlərdən danışıb.

1. Kontrol edilməyən qorxu və stress;

2. Oksigen saturasiyası 90 faizin altına düşmədən sadəcə qripal semptomlara görə insanların xəstəxanaya yerləşdirilməsi üçün axın etməsi;

3. Antiviral preparatların vaxtında qəbul edilməməsi və ya onların yerinə lazımsız (antibiotik) və təhlükəli (deksametazon) preparatların ilk günlərdə qəbul edilməyə başlanılması.