Koronavirusun daha bir erkən simptomu – Deliriy

  • 2020.11.06 18:11
  • 146927 Baxış
Koronavirusun daha bir erkən simptomu  – Deliriy


Fransa və İspaniya alimləri koronavirusun daha bir erkən simptomunu aşkarlayıblar.

Medicina.az xəbər verir ki, bu mərkəzi sinir sistemi zədələnməsi və psixika ilə bağlı olan deliriy simptomudur.
Bu kəsilməyən baş ağrısı, neyrokoqnitiv dəyişikliklərlə özünü göstərir.

Xəstənin sanki beyni dumanlanır, diqqət pozulur, ətrafı qavraya bilmir, emosiyalarında kütləşmə baş verir. Ətrafa reaksiyası zəifləyir.

Bu əlamətlər pandemiya dövründə kimdəsə baş verərsə, koronavirusdan şübhələnməyə dəyər.