Kovid kişilərdə cinsi zəiflik riskini 6 qat artırır - ARAŞDIRMA

  • 2021.07.03 11:49
  • 2384 Baxış
Kovid kişilərdə cinsi zəiflik riskini 6 qat artırır -  ARAŞDIRMA
Mütəxəssislərin araşdırmasına görə, koronavirus kişilərdə ereksiya zəifliyi riskini 6 dəfə artırır.

Medicina.az xəbər verir ki, italyan alimlərinin fikrincə, kişilərin vaksinasiya olunması bu baxımdan çox önəmlidir.

Araşdırmanın mütəxəssisi Emmanuele A. Janninin sözlərinə görə, kişilər cinsi həyatlarını riskə atmaq istəmirlərsə mütləq vaksin vurdurmalıdırlar.

Janini bildirib ki, iləri yaş, diabet, yüksək bədən kütlə indeksi (BMI) və siqaret də koronavirusa yoluxma riskini artırır: "Bunlar ereksiya pozuntuları üçün əsas risk faktorlarıdır. Aparılan çalışmalardan sonra məlum olur ki, ereksiya pozuntusu və koronavirus bir-biri ilə bağlıdır. Belə ki, koronavirus kişilərdə ereksiya riskini 6 dəfə artırır. Bu hal isə cütlüklərin cinsi həyatlarına mənfi təsir edir”.