Koviddən peyvənd olunmayanlar 10 dəfə çox xəstəxanaya düşür

  • 2022.09.16 15:19
  • 1848 Baxış
Koviddən peyvənd olunmayanlar 10 dəfə çox  xəstəxanaya düşür


ABŞ-ın Xəstəliklərə nəzarət mərkəzinin tədqiqatçıları Omikron ştammına yoluxmadan kimlərin daha çox hospitəlizə olunduğunu açıqlayıb.


"Medicina" xəbər verir ki, müəlliflər 192 min xəstəxanaya yerləşdirilmiş pasiyentin məlumatlarını incələyib.

1 yanvar 30 aprelə qədər 250 xəstəxanaya yerləşdirilən xəstələrin 50%-i peyvənd olunmayıb.

Omikron ştammına yoluxmada xəstəxanaya düşmə riski 10,5 dəfəə çoxdur. Buster doza almayanlarda isə 2,5 faizdir.

Buster doza alanlar ümumiyyətlə kovidi yüngül keçirib.

Hospitəli olunanların yaşı 58-70 olub. Onların 77%-i vaksin olunmayanlardır.

Bu onu göstərir ki, peyvəndlənmə kovidə qarşı mübarizədə ən vacib yoldur.

Revaksinasiya xəstəxanaya düşmə və ölüm sayını kifayət qədər azaldır.

Aygün Musayeva