Koviddən sağalanlar birinci bu peyvəndi vurdurmalıdır

  • 2021.11.20 16:55
  • 2154 Baxış
Koviddən sağalanlar birinci bu peyvəndi vurdurmalıdır

Qrip də ağır keçə və bədənə düzəlməz zərər verə bilər. Bunu həkim-infeksionistlər deyir. Onlar hesab edirlər ki, bu xəstəlik xüsusilə koronavirusa yoluxub sağalanlar üçün təhlükəlidir.

Rusiyalı həkim Yelena Malinnikova məsələyə münasibət bildirərək xatırladır ki, qrip xroniki ürək-damar və ağciyər xəstəlikləri olanlar üçün ölümcül ola bilər. O, eyni zamanda qeyd edib ki, hazırda insan həm qripə, həm də koronavirusa eyni vaxtda yoluxa bilər, sonra isə çox acınacaqlı nəticələrlə üzləşə bilər.

Ekspert əlavə edib ki, hazırda bəzi ölkələrdə qrip və koronavirusa qarşı peyvəndlər eyni vaxtda aparılır.

Rusiyalı infeksionist İvan Konovalov qeyd edib ki, koronavirus insan orqanizmində uzunmüddətli immun depressiyaya səbəb ola bilər. Və bu zaman istənilən virus ölümcül olur. Və daha çox qrip virusu. Fəsadlar inkişaf edə bilər, digər infeksiyalar da qoşula bilər.

Bütün həkimlər peyvəndin qrip və koronavirusdan qorunmağın yeganə yolu olması ilə həmfikirdirlər.

Üstəlik, COVID-19-dan sağalanlara ilk növbədə göstəriş qrip peyvəndidir.