Koviddən sonra şəkər niyə yüksəlir - Xəstələr nə etsin?

  • 2021.11.11 15:48
  • 1175 Baxış
Koviddən sonra şəkər niyə yüksəlir -  Xəstələr nə etsin?
İtaliya alimləri gənclərin sağlamlığında kovid sonrası fəsadlaşma kimi şəkər, diabet riski barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, alimlər covid virusunun mədəaltı vəzi hədəfə aldığını bildirir.

Yoluxanların 50%-də qanda şəkər yüksəlir.

Bu barədə elmi nəticələr Nature Metabolism dərgisində çap olunub.

“Yoluxanların çoxu əvvəl diabet deyildilər. Lakin xəstəxanaya yerləşdirilənlərin 46%-də hiperqlikemiya aşkarlanıb. Koronaya görə diabet olanların müalicəsi də effektiv olmur” – deyə professor Paolo Fiorina deyib.

35% xəstələrdə 6 ay ərzində qanda şəkər yüksək həddə qalmışdı.

Xəstələrdə qanda şəkərin xeyli artması onlarda ciddi klinik problemlər də yaradırdı:

- oksigenə ciddi tələbat
- Ağciyərlərin tez sıradan çıxması
- İntensiv terapiyada daha uzun müddət qalmaq

Alimlər bu xəstələrdə hiperqlikemiya ilə yanaşı hormonal balansın pozulması da aşkarlanıb.

“Bu xəstələrdə həddən artıq yüksək hiperinsulinemiya – normadan dəfələrlə çox insulin hasili müşahidə etdik”.
Mədəaltı vəzin beta adacıqların funksiyasında pozulmalar var idi.

Covid xəstələrində mədəaltı vəzin işinin pozulması nəticəsində diabet və hormonal pozuntu sağaldıqdan 6 ay, 1 il sonra da qalırdı.
Bu tədqiqat göstərdi ki, Covid birbaşa mədəaltı vəzə hücum edir, onu sıradan çıxarır. Bu problem xəstələrdə uzun müddət qalır.

Ona görə koronavirus xəstələrində mədəaltı vəz və şəkər birinci nəzarətə alınmalıdır. Onlarda nəinki acqarına, hətta gün boyu qlükoza metobolizmi pozulmuş olur.

Ona görə də, koronavirus pandemiyası şəkərli diabet dalğasına səbəb olacaq və 1 il sonra biz şəkərli diabet xəstələrinin artımında dəhşətli rəqəmlər görəcəyik.