Tovuzda qadın dərmandan zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində baş verib. Kənd sakini 1985-ci il təvəllüdlü E.Quliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatırılıb. Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 40 yaşlı qadın heyvan üçün istifadə olunan dərmandan zəhərlənib.\
Onun hansı şəraitdə zəhərlənməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.