Etil spirti qadağan oluna bilər

  • 2025.10.21 16:25
  • 109 Baxış
Etil spirti qadağan oluna bilər


Avropa Kimya Agentliyi (ECHA) etanolun kanserogen kimi təsnif edilməsini nəzərdən keçirir.


"Medicina" xəbər verir ki, bu təsnifatlandırma etil spirtinin səhiyyə müəssisələrində istifadəsinin qadağan edilməsinə səbəb ola bilər.

Oktyabrın 10-da agentliyin işçi qruplarından biri daxili tövsiyə dərc edib. Orada etil spirti xərçəng və hamiləlik zamanı ağırlaşma riskini artıran zəhərli maddə adlandırılıb.

ECHA etanolun insanlar üçün təhlükəli maddə kimi mümkün təsnifatı ilə bağlı qərar vermək üçün noyabrın 24-dən 27-dək iclas keçirəcək. Daha sonra tövsiyə Avropa Komissiyasına göndəriləcək və orada yekun qərar veriləcək.

MEDİCİNA.AZ