Böyük Britaniyada kuryoz olay qeydə alınıb, belə ki, xəstəxanada kişi uzun müddət qadın tibb bacısı adı altında işləyib.
"Medicina" xəbər verir ki, Lüsius Ncoqu (Lucius Njoku) adlı şəxs 2025-ci ilin fevralından aprel ayınadək Britaniya xəstəxanasında “Coys Corc” adı ilə qanunsuz şəkildə fəaliyyət göstərib.
O, işə çıxarkən üzərində “Coys Corc” adı və fotoşəkili olan tibb nişanı taxır, personal və xəstələr arasında heç bir şübhə doğurmadan xəstələrə qulluq edib.
Saxtakarlıq tamamilə təsadüfən üzə çıxıb.
Araşdırma nəticəsində məlum olub ki, əsl Coys Corc — Nigeriya vətəndaşı — rəsmi müsahibədən keçərək bu işə qəbul olunub, lakin daha sonra növbələrini həmvətəni Ncoquya verib.
Məhkəmə qərarı ilə Lüsius Ncoqu 16 həftə azadlıqdan məhrumetmə cəzası alıb.
Hadisə Böyük Britaniyada səhiyyə sistemində nəzarət mexanizmlərinin zəifliyi ilə bağlı müzakirələrə səbəb olub.
Aygün Musayeva