Maşın altında qalıb ağır yaralanan aktyordan xəbər var

  • 2023.01.04 15:44
  • 1370 Baxış
Maşın altında qalıb ağır yaralanan aktyordan xəbər var


Ötən gün ağır yaralanaraq xəstəxanaya çatıdırılan Hollivud aktyoru Ceremi Rennerdən xəbər var.

Bakupost.az xarici mediaya istinadən xəbər verir ki, xəstəxana yatağından ilk fotosunu paylaşan məşhur fanatlarını sevindirib.

O, paylaşımına "Xoş sözləriniz üçün təşəkkür edirəm. Yazmaq üçün çox pis vəziyyətdəyəm. Amma hamınıza sevgilərimi göndərirəm”, deyə əlavə edib.

Qeyd edək ki, evinin qarşısında qartəmizləyən maşından düşərək qarın içinə batan Ceremi Rennerin avtomobil tərəfindən əzildiyi deyilir. Bildirilib ki, çoxlu qan itirən və ayağından ağır xəsarət alan aktyora ilkin tibbi yardımı həkim qonşusu edib.


Əlavə edək ki, məşhur ulduz 2014-cü ildə aktrisa Sonni Paçeko ilə ailə həyatı qurub. Lakin cütlüyün münasibəti uzun sürməyib. Onlar 2015-ci ildə yollarını ayırıb. Cütlüyün bu birlikdən Ava Berlin Renner adlı 9 yaşlı övladı var.