Məşhur pəhrizlər niyə işə yaramır?

  • 2023.01.16 23:45
  • 482 Baxış
Məşhur pəhrizlər niyə işə yaramır?

Bəzən arıqlamaq istəyən insanlar qısa müddətdə məşhurlaşan və insanların sürətlə çəki atmasını təmin edən “moda” (dəb) pəhrizlərdən birinə üz tuturlar.

3 günə 5 kilo, 1 həftəyə 10 kilo kimi iddialı və diqqətçəkən şüarları olsa da, dəbli pəhrizlər uzunmüddətli perspektivdə nəticə vermir.

Bəs niyə?

Florida ştatında bir mərkəzdə çalışan diyetoloq Dr. Kara Burnstinin bunu bu cür izah edir. Həkim bildirir ki, dəbli diyetlərin başlanğıcda işləməsinin səbəbi, onların kaloriləri və ya bütün qida qruplarını kəskin şəkildə azaltmağa meylli olmasıdır. Bu səbəbdən insanlar tez-tez daha az kalori yeyirlər və müəyyən qidaların məhdud hissələrini yeyirlər. Bu, təbii olaraq qeyri-sağlam və sürətli kilo itkisinə səbəb olur.

Lakin Burnstin əlavə edir ki, nəticələr çox vaxt qısamüddətli olur, çünki belə bir pəhriz həyat tərzi kimi dayanıqlı deyil. Bu, insanların çoxunun normal qidalanma tərzinə qayıtdıqdan sonra itirdikləri çəkiyə niyə qayıtmasının məntiqi izahıdır.

Bundan əlavə, bu iddialı diyetlərin başqa bir problemi də var. Bədən üçün lazımlı mineralları və kalsiumu ehtiva edəcək qida qruplarını məhdudlaşdıran qaydada edilir. Məsələn, tez-tez karbohidratların məşhur bir pəhrizdə qadağan edildiyini görə bilərsiniz, ancaq məlumdur ki, bədən enerji üçün karbohidratlara ehtiyac duyur./Bakupost