Metroda insanlara nəzarət gücləndirilməlidir - Professordan AÇIQLAMA

  • 14 Sen 2020 16:21
  • 427 Baxış
Metroda insanlara nəzarət gücləndirilməlidir  - Professordan AÇIQLAMA

“Sosial həyatın bütün sahələri fəaliyyət göstərməlidir, o cümlədən də metropoliten. Ancaq bununla yanaşı, karantin davranışlarına da ciddi əməl etmək lazımdır”.

Medicina.az xəbər verir ki, bunu Publika.az-a açıqlamasında professor, həkim-cərrah Adil Qeybulla deyib.

Onun sözlərinə görə, qaydalara riayət olunmasında əsas məsuliyyət metropoliten işçilərinin üzərinə düşür:

“Metropoliten qapalı məkandır. Qapalı məkanların hər birində, o cümlədən metroda da karantin davranışlarına ciddi əməl etmək lazımdır. Bununla da həyatı normal yaşamaq olar. İsveçrə və Yaponiya təcrübəsi bu gün bizim üçün nümunədir. Əməl etmək məsələsi həm də nəzarəti nəzərdə tutur. Orada qaydanı pozanlara qarşı xüsusi nəzarət olmalıdır.

Bəzi şəxslər maskadan düzgün istifadə etmirlər. Əksər hallarda ağıza taxırlar, burun hissəsi isə açıq qalır. Əllərinə, qollarına və dirsəyinə maska taxan insanlar həddindən artıq çoxdur. Onlar təkcə özlərinin deyil, hər kəsin həyatını təhlükəyə atırlar. İnsanların qaydalara əməl etməsi ilə yanaşı, metropoliten əməkdaşları da tədbirlərə əməl olunub-olunmamasına ciddi nəzarət etməlidirlər. Bununla bağlı xeyli sayda işçi cəlb edilməlidir. Pandemiya dövründə Bakı Metropolitenində əməkdaşların sayı artırılmalı, onlar vətəndaşlara nəzarət üçün səfərbər olunmalıdır”


X