Marketdən alınan meyvə və tərəvəzlər üzərində bakteriya, virus və digər çirkləndiricilər daşıya bilər. Həkimlər xəbərdarlıq edirlər ki, immun sistemi zəif olan insanlar üçün yuyulmamış məhsullar infeksiya riskini artıra bilər.
Medicina.az xəbər verir ki, meyvə və tərəvəzlər istifadə edilməzdən əvvəl mütləq soyuq axar su altında yuyulmalıdır. Məhsulları kəsmədən və ya soymadan əvvəl yumaq vacibdir, çünki bıçaq səthdəki bakteriyaları iç hissəyə keçirə bilər.
Həkimlər bildirirlər ki, sabun və kimyəvi vasitələrə ehtiyac yoxdur – sadə su ilə yaxalamaq və lazım olduqda fırça ilə təmizləmək kifayətdir.
Xanım,
Medicina.az