MRT xərçəngi erkən mərhələdə göstərirmi?

  • 2023.02.04 18:52
  • 2836 Baxış
MRT xərçəngi erkən mərhələdə göstərirmi?

"Bədənin maqnit rezonans tomoqrafiyasının (MRT) aparılması onkologiyanı erkən mərhələdə aşkar etməyə kömək edir". Bu barədə radioloq həkim Natalia Brel bildirib.

"Medicina" xəbər verir ki, yaşı 60-dan yuxarı olanlar, eləcə də qan qohumları xərçəng xəstəliyindən əziyyət çəkən şəxslər mütəmadi olaraq MRT müayinəsindən keçməlidir.

Mütəxəssis xatırladıb ki, adi tibbi müayinənin bir hissəsi kimi maqnit rezonans görüntüsündən istifadə edərək müayinə oluna bilərsiniz.

Alim qeyd edib ki, bu profilaktik müayinələr xərçəngi erkən mərhələdə aşkarlaya bilər: “Elə olur ki, xəstəni heç nə narahat etmir, sadəcə müayinəyə gəlir. Məhz belə vəziyyətlərdə neoplazmalar erkən mərhələlərdə aşkar edilir.

Natalya Brel MRT müayinəsinin dəqiqliyinin 95 faiz ətrafında olduğunu bildirib.