Müdafiə Nazirliyindən yaralılar üçün qan - AÇIQLAMASI

  • 2020.07.16 13:58
  • 16730 Baxış
Müdafiə Nazirliyindən yaralılar üçün qan   - AÇIQLAMASI
"Qan Bankında bütün qan qruplarının ehtiyatı mövcuddur".

Müdafiə Nazirliyindən verilən məlumata görə, son günlər sosial şəbəkələrdə saxta profillər yaradılaraq guya yaralılara kömək məqsədilə müxtəlif qan qruplarından qana ehtiyacın olması barədə məlumatlar yayılır.

"Bildiririk ki, yayılan məlumatlar həqiqəti əks etdirmir, yalandır, məqsədyönlü şəkildə yayılır və təxribat xarakteri daşıyır.
Gəncə Hərbi Hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Hüseyn Qaçayev Gəncə Hərbi Hospitalının özünün Qan Bankında bütün qan qruplarından ehtiyatın olduğunu qeyd edib. O, bildirib ki, hazırda qanla əlaqədar heç bir çətinliyimiz yoxdur".