Nişanı olan aktrisa koronavirusa yoluxdu

  • 14 İyl 2022 14:49
  • 414 Baxış
Nişanı olan aktrisa koronavirusa yoluxdu


Türkiyənin tanınmış aktrisası Demet Özdemir koronavirusa yoluxub.

Bakupost.az xəbər verir ki, o, bu barədə o, İnstaqram hesabında paylaşım edib:

"2 ildir koronavirusa yaxalanmadım. Əvvəlcə onu deyim ki, nəyisə gecikdirməmişəm. Xəstəliyi ağır və ağrılı keçirirəm. Amma müalicəm davam edir, yaxşılaşıb geri dönəcəyəm. Xahiş edirəm, diqqətli olun. Mənim üçün narahat olan, axtaran və zəng edən hər kəsə təşəkkür edirəm. Sizi sevirəm".

Qeyd edək ki, Demet Özdemir ötən günlərdə müğənni Oğuzhan Koçla nişanlanıb.