Omikrona görə maska taxmağa dəyməz, qorumayacaq - İnfeksionist

  • 19 İyl 2022 15:16
  • 532 Baxış
Omikrona görə maska taxmağa dəyməz, qorumayacaq  - İnfeksionist


COVID-19 omikron ştammının yeni variantı əvvəlkindən daha yoluxucudur.


Medicina.az xəbər verir ki, bu sözləri infeksionist Yevgeni Timakov deyib. Ekspert hesab edir ki, ştammın yeni variantı əvvəlkindən 16 faiz çox insana yoluxa bilər. Eyni zamanda mütəxəssis virusun bu dəyişməsinin xüsusi təhlükə yaratmadığına əmindir.


“Xəstəliyin ağır gedişinə səbəb olmamalıdır. Yüksək yoluxuculuğuna görə ənənəvi vasitələr bu virusdan qorunmur. Odur ki, maska ​​taxmaq faydasız ola bilər. Yalnız risk qruplarından olan insanlar izdihamlı yerlərdə N95 taxmalıdırlar. Qalanları maska taxmaya bilər”, - həkim bildirib.


Qeyd edək ki, omikron ştammının yeni variantı artıq Avstraliya, Böyük Britaniya, Almaniya, Danimarka, Hindistan, Kanada, Hollandiya, Yeni Zelandiya, ABŞ və Yaponiyada aşkar edilib. Ötən həftə isə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstəliklərinin sayının artması ilə əlaqədar bütün dünya ölkələrini maska ​​rejiminə qayıtmağa çağırıb. /publika.az/