Omikronun Azərbaycana gəlməsi gözləniləndir - Səhiyyə Nazirliyindən əhaliyə müraciət

  • 2021.12.29 16:35
  • 2207 Baxış
Omikronun Azərbaycana gəlməsi gözləniləndir -  Səhiyyə Nazirliyindən əhaliyə müraciət
“İl ərzində bayramlarda bir neçə gün evdə oluruq, bu zaman hamı bir-birinə qonaq gedir. Yeni il ailə bayramıdır, təmaslar artır”.

Medicina.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19" mövzusunda çıxışında deyib. O bildirib ki, yoluxma sayının artmaması üçün qaydalara əməl etmək lazımdır:

”Omicron” ştamı hələ Azərbaycanda aşkarlanmayıb, amma gələcəyi gözlənilir. Diqqətli, məsuliyyətli olmaq lazımdır ki, gələn ilə xəstəliksiz keçək. Əhalinin məsuliyyətli olması, 2 il ərzində əldə olunan qaydalara ciddi əməl edilməsi lazımdır.

Qapalı mühitlərdə az toplaşmaq, maskadan istifadə etmək, havanın tez-tez dəyişdirilməsi, gigiyena qaydalarına əməl etmək, vaksinasiyada fəal iştirak, o cümlədən buster dozanın qəbul edilməsi, beləliklə, əhalidə formalaşmış süni immunitetin daha da artırılması yolu ilə infeksiyaya qarşı həssaslığın azalması vacibdir”.