Ömrü daha çox qısaldan 3 xəstəlik qrupu – Hansı sizdə var?

  • 2026.07.31 22:38
  • 151 Baxış
Ömrü daha çox qısaldan 3 xəstəlik qrupu  – Hansı sizdə var?

Rusiya Elmlər Akademiyasının akademiki Gennadi Onişenko ömrü qısaldan üç xəstəlik qrupunu sadalayıb.

Medicina.az xəbər verir ki, Onişenko ürək-damar, onkoloji və endokrin xəstəliklərin ömür uzunluğuna təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.


Ekspertin sözlərinə görə, ürək-damar xəstəlikləri olan xəstələr xəstəxanaya, təcili yardıma daha çox üz tutur, peşəkar tibbi yardıma ehtiyac duyur. Statistikaya görə, bu xəstələr uzun yaşamır.

Bədxassəli şişlər ikinci yerdədir.

Endokrin xəstəliklər ilk üçlüyü tamamlayır, bura zob, ur, düyün, hormonal pozuntular daxildir.

"Bunlar həyatları, canları alan üç əsas qrupdur".

Akademik qeyd edib ki, istənilən xəstəlik, hətta sadə burun axıntısı belə, ümumi sağlamlığa təsir göstərir, xüsusən də müalicəyə vaxtında başlanılmadıqda. Mütəxəssislərdən kömək istəmək həmişə vacibdir.


Aygün Musayeva