Pandemiya 2023-cü ildə başa çata bilər - ÜST

  • 21 Dek 2021 16:13
  • 588 Baxış
Pandemiya 2023-cü ildə başa çata bilər -  ÜST
Koronavirus pandemiyası gələn il başa çata bilər.

Medicina.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün ilin ortalarına qədər əhalinin 70 faizi COVID-19-a qarşı peyvənd olunmalıdır.


"Pandemiyanın gələn il bitməsini istəyiriksə, gələn ilin ortalarına qədər bərabərsizliyə son qoymalı və hər bir ölkə əhalisinin 70%-ni peyvənd etməliyik", - deyə Qebreyesus vurğulayıb.