Pandemiya nə zaman başa çatacaq? - Yeni proqnoz

  • 2021.07.19 16:44
  • 2470 Baxış
Pandemiya nə zaman başa çatacaq? -  Yeni proqnoz
COVID-19 pandemiyası nə zaman başa çatacaq?

2021-ci ildə koronavirus pandemiyasını dayandırılmaq mümkün olacaq. Buna peyvəndlənmə kömək edəcək.

Medicina.az xəbər verir ki, bunu “Vektor” Elmi Mərkəzinin Yekaterinburq Virus İnfeksiyaları İnstitutunun rəhbəri Aleksandr Semyonov deyib.

O, bildirib ki, kəskin tənəffüs xəstəlikləri pandemiyası ümumiyyətlə iki-üç il davam edir: “Pandemiya bütün dünyanı iki il deyil, bir yarım ildir ki, ağuşuna alıb. Üç fəsildə dünya səviyyəsində kütləvi immunitet formalaşır, effektiv kütləvi peyvəndlənmə aparılmdığı zaman bu kifayətdir. Lakin məlumdur ki, vaksinasiya bütün dünyada aparılır. Bu halda ikinci ilin sonuna qədər pandemiyanı dayandırmaq mümkün olacaq”, - “RİA Novosti”yə açıqlamasında bildirib.