Pandemiyada boşananların sayı azalıb - Türkiyədə

  • 2021.02.27 13:38
  • 1566 Baxış
Pandemiyada boşananların sayı azalıb -  Türkiyədə

Pandemiya dövründə Türkiyədə qeydə alınan nikah və boşanma hallarının sayı azalıb.

Medicina.az xəbər verir ki, bu barədə “TRTHaber” məlumat yayıb.

Bildirilib ki, 2019-cu ildə 542 314 cütlük, 2020-ci ildə isə 487 270 cütlük ailə qurub. Həmçinin qeyd olunub ki, ötən il ölkədə 135 min 22 ailə boşanıb.

Bildirilib ki, 2019-cu ildə isə boşanan ailələrin sayı 156 587 olub.