Pəhriz zamanı su içməməyin fəsadları - Bağırsaq sisteminiz pozula bilər

  • 2017.10.10 13:10
  • 18352 Baxış
Pəhriz zamanı su içməməyin fəsadları -  Bağırsaq sisteminiz pozula bilər
Tez bir zamanda arıqlamaq orqanların fəaliyyət sürətinə təsir edə bilər.


Medicina.az xəbər verir ki, bu barədə dietoloq Ulaş Özdemir məlumat verib. O, sürətli kilo verməyin orqanizm üçün təhlükəli olduğunu deyib. Dietoloq pəhrizdə olan şəxslərin su içməsinin faydalarından danışıb: "Su yetəri qədər içilmədikdə dırnaqda qırılma, ürək ritminin pozğunluğu, baş ağrısı meydana gələ bilər. Mütəxəssisin nəzarəti olmadan edilən dietalar vücuddakı maddələr mübadiləsini ciddi şəkildə pozur”.


Özdemir hər vücudun özünəməxsus protein, yağ, karbonhidrat səviyyəsinin olduğunu vurğulayıb: "Xüsusilə arpa suyu, qoji berri, ananas suyu kimi şok dietaları etməyib, sadəcə protein dietası ilə qidalanmaq da bağırsaq sistemini poza bilər. Əslində isə dieta edən adam hər cür vitaminli qidanı qəbul etməlidir. Aşağı kalorili bəslənmək sağlamlığa ciddi zərər vurar. Unutmayın ki, sürətlə verdiyiniz kiloların daha sonra sürətlə geri qayıtmaq ehtimalı böyülkdür”.