Peyvənd olunanların sayı açıqlandı

  • 2021.05.31 20:46
  • 1974 Baxış
Peyvənd olunanların sayı açıqlandı
Bu gün Azərbaycanda koronavirus əleyhinə 407 vaksin vurulub.

Medicina.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 180, ikinci mərhələ üzrə 227 nəfərdir.

Ölkədə bu günə qədər vurulan vaksinlərin ümumi sayı 2 253 216, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 352 958, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 900258 nəfər təşkil edir.