Qadınlar intim münasibətdə niyə qışqırır?

  • 2023.05.15 22:08
  • 3241 Baxış
Qadınlar intim münasibətdə     niyə qışqırır?
Kopulyativ səs cinsi əlaqə zamanı yaranan səslərin elmi adıdır. Alimlər uzun müddətdir ki, bu səslərin qadın təbiətində hansı rol oynadığını anlamağa çalışırlar.


Bu mövzu ilə bağlı yeni elmi araşdırmanın nəticələri “Archives of Sexual Behavior” jurnalında dərc olunub.


“Medicina” xəbər verir ki, layihədə 18 yaşdan 48 yaşa qədər 71 qadın iştirak edib. Onların sorğusu göstərib ki, cinsi əlaqə zamanı qışqırıq və digər səslər çıxarmaq vərdişi zərif cinsin əksər nümayəndələrinə xasdır. Ancaq kişilərin inandığı kimi, qadınlar heç də həmişə orqazm olduqda qışqırmırlar.


Respondentlərin 87%-i kişi heysiyyətini dəstəkləmək üçün qışqırdığını bildirib. Bir qədər az, 66% bunu partnyorunu orqazma yaxınlaşdırmaq üçün edir. Alimlərin fikrincə, qadınların əksəriyyəti orqazmını bir qayda olaraq, səssizcə yaşayır.


Ekspertlər hesab edir ki, kişilərin özünə hörmətinin artması versiyası haqlıdır. Bununla belə, alimlər narahatdırlar ki, xeyli sayda sorğu iştirakçıları etiraf ediblər ki, onlar çox vaxt sadəcə seksdə cansıxıcılıq və darıxmaqdan inləyirlər.

Cinsi əlaqə zamanı qışqırmaq vərdişinin bioloji cəhətdən müəyyən edilib-edilmədiyini, ı elm hələ birmənalı deyə bilməz. Ancaq təbiətdə analoqlar var. Məsələn, dişi babunun çağırışı yumurtlama dövrünə təsadüf edir. Amma ən çox, makakalar özlərini insanlar kimi aparırlar: dişilər erkəyi təhrik etmək yaxınlaşdırmaq üçün qışqırırlar.

Günay Quluzadə