Qan damarlarını gücləndirən soğan qabığı

  • 2023.06.13 22:49
  • 2866 Baxış
Qan damarlarını gücləndirən soğan qabığı
Qırmızı soğan qabığının istifadəsi qan damarlarını gücləndirməyə kömək edir.


“Medicina” xəbər verir ki, həkimi Yelena Solomotinanın sözlərinə görə, qan damarlarını gücləndirmək üçün gözləmədiyiniz məhsul qırmızı soğandır, daha doğrusu onun qabıqları.

“Qırmızı soğan qabığında yüksək miqdarda kversetin var. Bu maddə damar divarlarını gücləndirmək, iltihabı azaltmaq qabiliyyətinə görə məşhurdur.

Soğanların tərkibindəki kversetitin vitamin P-dir. O, kapilyarları gücləndirir, ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır və damarlarımızı daha uzun müddət gənc saxlayır.

Hipertoniya, insult və infarktlar, bir qayda olaraq, aterosklerozun, mikroiltihab nəticəsində zədələnmiş damarlara təsir edən bir patologiyanın nəticəsi olaraq inkişaf edir.

Qırmızı soğan qabığı iltihab əleyhinə təsir göstərir, bunun sayəsində damar toxumasının bütövlüyü və sağlam vəziyyəti daha yaxşı qorunur”.

Aygün Musayeva