Qaraciyər fibrozu olanlar üçün yapon pəhrizi – 12 qida

  • 2023.05.05 21:20
  • 3334 Baxış
Qaraciyər fibrozu olanlar üçün yapon pəhrizi  – 12 qida
Alkoqol mənşəli olmayan qaraciyər piylənməsi və orqanın toxumasının fibrozu, çapıqlaşması zamanı onun sirroza çevrilməsinin qarşısını almaq, gedişatı yavaşlatmaq üçün yapon qidalanma pəhrizinə əməl etmək məsləhətdir.


“Medicina” xəbər verir ki, yeni elmi araşdırma düyü, miso şorbası və soya məhsulları kimi məşhur yapon yeməklərinin xəstəliyin gedişatını ləngidə biləcəyini müəyyən edib.

Araşdırmada hər bir insanın pəhrizi 12 komponentli Yapon Pəhriz İndeksinə (mJDI12) uyğunluğa görə qiymətləndirilib. Bu qidalardan çox qəbul edənlərdə, fibrozlaşma azalmağa doğru gedib.


Həkim – hepatoloq Alla Yujnivnın sözlərinə görə, qaraciyər fibrozunun inkişafını ən əhəmiyyətli şəkildə basdıran üç qida soya, dəniz məhsulları və dəniz yosunudur.

Yapon pəhrizinə daxil 12 qida:

• düyü
• miso şorbası
• turşular

• soya məhsulları
• Yaşıl və sarı tərəvəzlər
• Meyvələr

• Dəniz məhsulları
• Göbələklər
• Dəniz yosunu

• Yaşıl çay
• Qəhvə
• Mal əti

Günay Quluzadə