Qonşu ölkədə yeniyetmələrin vaksinasiyasına başlanıldı

  • 2021.10.11 09:58
  • 1248 Baxış
Qonşu ölkədə yeniyetmələrin  vaksinasiyasına başlanıldı
Bu gündən etibarən Gürcüstanda peyvənd üçün yaş həddi 12-yə endirilib.

Medicina.az xəbər verir ki, koronavirus əleyhinə vaksin 12 yaşdan 15 yaşadək olan və xroniki xəstəliklərdən əziyyət çəkən uşaqlara vurulacaq.

Peyvəndlənmədə yalnız “Pfizer” vaksini tətbiq olunacaq.

Qeyd edək ki, indiyədək Gürcüstanda vaksinasiya üçün aşağı yaş həddi 16 olub.