Qonşular arasında ən çox yoluxma bu ÖLKƏDƏDİR

  • 2021.11.07 09:43
  • 1595 Baxış
Qonşular arasında ən çox yoluxma bu  ÖLKƏDƏDİR
Dünyada 250,274,311 nəfərdə koronavirus aşkarlanıb.

Medicina.az xəbər verir ki, virusdan 5,060,227 xəstə ölüb, 226,547,183 nəfər sağalıb.

Virusa yoluxma sayına görə, ilk beşlikdə olan dövlətlər ABŞ (47,313,412 nəfər), Hindistan (34,354,966 nəfər), Braziliya (21,874,324 nəfər), Böyük Britaniya (9,272,066 nəfər) və Rusiyadır (8,755,930 nəfər).

Türkiyədə 8,206,375, İranda 5,980,260, Gürcüstanda 748,751, Ermənistanda isə 319,016 nəfərdə koronavirus aşkar edilib.

Sərhəd qonşularımız arasında koronavirusdan ən çox ölüm ardıcıl olaraq Rusiya (245,635 nəfər), İran (127,173 nəfər) və Türkiyədə (71,927 nəfər) qeydə alınıb.