Quş qripi ABŞ-da

  • 2024.04.03 14:35
  • 291 Baxış
Quş qripi ABŞ-da
Texasda ABŞ-da ikinci dəfə insanda quş qripi aşkarlanıb.

"Medicina" xəbər verir ki, yerli qurumlar virusun quşlardan inəklərə, inəkdən də insana keçdiyini bildirir.

Xəstənin vəziyyəti inəklərlə təmasdan sonra pisləşib.

Virus əsasən gözlərdə konyuktivitlə başlayıb.
Xəstənin əsas simptomu konjonktivit idi.

Quş qripi virusları nadir hallarda insandan insana ötürülür. Həmin ərazi və heyvanlar nəzarətə götürülüb. Hələ ki, karantinə ehtiyac yoxdur.

Xəstənin təmasda olduğu şəxslərdə yoluxma aşkarlanmayıb.


Aygün Musayeva