Türkiyəli məşhur müğənni Reynmen evdə pişiyini sığallamaq istəyərkən hücuma məruz qalıb. Sosial mediada qanlı köynəyinin şəklini paylaşan Reynmen, mümkün infeksiyaya qarşı tədbir olaraq tibbi müayinədən keçdiyini və peyvənd aldığını açıqlayıb.
Medicina.az xəbər verir ki, əsl adı Yusuf Aktaş olan müğənni evində baş verən bədbəxt hadisə səbəbindən xəbər başlıqlarına çıxıb. Məşhur müğənni sığallamaq istədiyi bir pişiyin hücumuna məruz qaldıqdan sonra bir neçə yerindən xəsarət alıb.
Pişik hücumundan sonra bədənində müxtəlif xəsarətlər alan Reynmen hadisənin nəticələrini sosial mediada izləyiciləri ilə bölüşüb. Qanlı köynəyinin şəklini paylaşan məşhur müğənni hücum zamanı ciddi zərbələr aldığını bildirib.
Hadisədən sonra Reynmen tibbi müayinədən keçib və mümkün infeksiyaya qarşı tədbir olaraq peyvənd edilib. Məşhur müğənninin paylaşımı sosial mediada tez bir zamanda ajiotaj yaradıb.
Aygün
Medicina.az