Rusiya ÜST-dən çıxır - Bu təşkilat bizə lazım deyil

  • 2022.06.09 19:12
  • 2117 Baxış
Rusiya ÜST-dən çıxır  - Bu təşkilat bizə lazım deyil


Rusiya Dünya Səhiyyə təşkilatına üzvlükdən imtina edəcək. O, bu təşkilatdan ayrılır.


Bakupost.az xəbər verir ki, bu barədə Rusiyanın sabiq səhiyyə naziri, hazırda bioloji agentliyin direktoru Veronika Skvortsova bəyənat verib.

O, buna görə təəssüf hissi keçirdiyini də vurğulayıb.

Direktor bildirib ki, Rusiyanın ÜST-dən çıxmağının əsas səbəbi bu təşkilatın qeyri-qanuni işlərlə məşğul olmasıdır. ÜST süni olaraq, əsaslandırılmamış infeksiyalara görə pandemiya elan etmək və vaksin satmaqla məşğuldur.

ÜST-ün dünya səhiyyə sisteminin təhlükəsizliyinə heç bir qarantı yoxdur. Rusiya ÜST-dən çıxmaqla səhiyyə sistemi itib batmayacaq, elə də ciddi itkiləri olmayacaq.


Aygün Musayeva
BakuPost